Qətərin paytaxtı Dohada cüdo üzrə dünya çempionatı keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan komandası yarışların ilk günündə medalsız qalıb.
73 kq çəki dərəcəsində mübarizə aparan ikiqat Avropa çempionu Hidayət Heydərov (73 kq) bürünc medal uğrunda görüşdə yaponiyalı Soişi Haşimotoya uduzub.
Bununla da o, karyerasında 4-cü dəfə dünya çempionatının bürünc medalını qazanmaq imkanını əldən verib.
Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), qızlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Mayın 10-da Səid Mollayi (81 kq) mübarizə aparacaq.
Dünya çempionatı mayın 14-də başa çatacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:45 / 09.05.2023
Cüdoçumuz dünya çempionatını medalsız BAŞA VURDU
Hazırda oxunan: Cüdoçumuz dünya çempionatını medalsız BAŞA VURDU
Hazırda oxunan: Cüdoçumuz dünya çempionatını medalsız BAŞA VURDU
135143
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.