Göyçayda kənd sakininin bütün qoyunlarını OĞURLADILAR 

Hazırda oxunan: Göyçayda kənd sakininin bütün qoyunlarını OĞURLADILAR 

135114

Göyçay sakininə məxsus 28 baş qoyun oğurlanıb. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Çərəkə kəndi ərazisində qeydə alınıb.  

Belə ki, naməlum şəxslər gecə saatlarında Ucar rayon sakini, 1964-cü il təvəllüdlü Cəbrayılov Təhməz Şirxan oğlunun Çərəkə kəndindəki evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq, tövlədəki 28 baş qoyunun hamısını oğurlayıblar.  
Təhməz Cəbrayılov Bizim.Media-nın yerli bürosuna bildirib ki, məsələ ilə bağlı Göyçay rayon Polis Şöbəsinə məlumat verib.  

Faktla bağlı araşdırma aparılır. 

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin