Türkiyənin xaricdəki nümayəndəliklərində səsvermə bu gün bitəcək

Hazırda oxunan: Türkiyənin xaricdəki nümayəndəliklərində səsvermə bu gün bitəcək

135089

Türkiyənin xaricdəki nümayəndəlikləri 28-ci çağırış prezident və parlament seçkiləri üçün səsvermə prosesini bu gün başa çatdıracaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyə Ali Seçki Komissiyasının (YSK) məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, aprelin 27-dən bu yana 1,7 milyondan çox səs hüququ olan vətəndaş xaricdə və sərhəd-keçid məntəqələrində səs verib. Sərhəd-buraxılış məntəqələrində səsvermə mayın 14-dək davam edəcək.
Xaricdə ümumilikdə 3 416 098 seçici qeydə alınıb. Dünyanın 73 ölkəsində seçki məntəqələri açıqdır. Səsvermə bülletenləri gücləndirilmiş mühafizə altında Türkiyəyə çatdırılacaq.

YSK-nın məlumatına görə, ən çox seçici Almaniyada qeydiyyatdan keçib - 1 501 152 nəfər. Sonrakı yerlərdə Fransa (397 086) və Niderland (268 753) gəlir.

Seçki məntəqələrinin açıq olduğu ölkələr arasında ən az seçici Braziliyada (581 nəfər), Nigeriyada (584) və Türkmənistandadır (635).

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu lazım gələrsə, mayın 28-də keçiriləcək. Səsvermənin ikinci turu üçün xarici nümayəndəliklərdə səsvermə mayın 20-24-nə təyin edilib.
Mayın 6-na olan məlumata görə, xarici nümayəndəliklərdə səs verən seçicilərin sayı 2018-ci il seçkilərində iştirak edənləri ötüb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin