Bu gün “Avroviziya”nın ilk yarımfinalıdır: Azərbaycan təmsilçiləri çıxış edəcəklər

Hazırda oxunan: Bu gün “Avroviziya”nın ilk yarımfinalıdır: Azərbaycan təmsilçiləri çıxış edəcəklər

135051

Bu gün “Avroviziya” beynəxalq mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutacaq.

Bizim.Media xəbər verir ki, 67-ci dəfə keçiriləcək yarış Britaniyanın Liverpul şəhərində olacaq.

Bu gün Avropa səhnəsinə 15 ölkəni (Norveç, Malta, Serbiya, Latviya, Portuqaliya, İrlandiya, Xorvatiya, İsveçrə, İsrail, Moldova, İsveç, Çexiya, Niderland və Finlandiya) təmsil edəcək iştirakçılar çıxacaq.  

Onlar arasında zaqatalalı Azərbaycan təmsilçilərimiz Tural və Turan Bağmanov qardaşları da yer alacaq. Əkizlər 12-ci nömrə altında səhnəyə çıxacaq. 

“Avroviziya 2023”ün Azərbaycandan builki şərhçisi aparıcı Azər Süleymanlıdır. O, birbaşa olaraq İctimai Televiziyanın canlı efirindən müsabiqədə baş verənləri tamaşaçılara çatdıracaq. 
Qeyd edək ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilən müsabiqənin ikinci yarımfinal mayın 11-i, final isə mayın 13-də keçiriləcək. Tural və Turan Bağmanov qardaşları “Tell me more” nəğməsi ilə ölkəmizi təmsil edəcəklər. 

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin