Hazırda Balakən rayonunda bir nəfər İkinci Dünya müharibəsi iştirakçısı yaşayır. Bu şəxs 97 yaşlı Perekrestov İosif Pavloviçdir. Onun qəhrəmanlıqla dolu şərəfli ömür yolu balakənli gənclərə əsl nümunə, örnəkdir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, faşizm üzərində tarixi Qələbənin əldə edilməsində Balakənin qəhrəman oğul və qızları da böyük rəşadət göstərib, Qafqazdan Berlinədək şanlı döyüş yolu keçiblər.
Ön cəbhələrə yola salınan 6 minə yaxın balakənli döyüşçünün yarıdan çoxu müharibədən geri qayıtmayıb.
Respublikamızın hər yerində olduğu kimi, Balakən rayonunda da müharibə veteranları daim diqqət və qayğı ilə əhatə olunub. Təssüf ki, illər keçdikcə onların sıraları azalır.
İkinci Dünya müharibəsində faşizm üzərində tarixi qələbənin növbəti ildönümü münasibətilə Balakən rayon icra hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərliyi İosif Perekrestovu evində ziyarət ediblər.
Hazırda müharibə veteranlarına dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, həmçinin müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlara və digər vətəndaşlara 750 manat məbləğində birdəfəlik maddi yardımın verilməsi bu qayğının bariz nümunəsidir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:42 / 09.05.2023
Balakəndə yaşayan İkinci Dünya müharibəsinin tək iştirakçısı - FOTO
Hazırda oxunan: Balakəndə yaşayan İkinci Dünya müharibəsinin tək iştirakçısı - FOTO
Hazırda oxunan: Balakəndə yaşayan İkinci Dünya müharibəsinin tək iştirakçısı - FOTO
135032
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.