Xəbər verdiyimiz kimi, ötən həftə səhhətində ciddi problemlər yanan Türkiyəli aktrisa Meral Konrat sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, sənətçi yaxın dostu, aparıcı Elgiz Əkbərin "YouTube" kanalında yayımlanan "Elgizli axşam" layihəsində çiyələkdən zəhərlənmədiyini, soyuqdəyməyə görə özəl klinikaların birində müalicə aldığını bildirib.
"Xəbərlər yayıldı ki, guya mən çiyələk yemişəm, ondan sonra isə zəhərlənmişəm və vəziyyətim pisləşib. Xeyr, bu, belə deyil. Mənə bərk soyuq dəydi, qrip oldum, hərarətim isə düşmədi. Klinikaya getdim və mənə iki dəfə sistem qoşuldu. Ondan sonra müxtəlif növ dərmanlar qəbul etdim. Amma yenə də bir az özümü pis hiss etdim. Sonra istirahət etdim və nəhayət ki, özümə gəldim. İndi özümü daha yaxşı hiss edirəm".
Qeyd edək ki, M.Konratın çiyələkdən zəhərlənməsi ilə bağlı məlumatı Elgiz Əkbər "Elgizli axşam" layihəsinin ötən həftə yayımlanan buraxlışlarının birində vermişdi.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
23:38 / 08.05.2023
Meral Konrat xəstəxanaya yerləşdirilibmiş - VİDEO
Hazırda oxunan: Meral Konrat xəstəxanaya yerləşdirilibmiş - VİDEO
Hazırda oxunan: Meral Konrat xəstəxanaya yerləşdirilibmiş - VİDEO
135002
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.