Heydər Əliyev Fondu və xeyriyyəçi azərbaycanlı iş adamlarının dəstəyi ilə Azərbaycan Türkiyədə zəlzələdən zərərçəkmişlər üçüb yeni məhəllə salıb.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tviterdə yazıb.
O bildirib ki, konteynerlərdən ibarət məhəllə Kahranmaraş şəhərinin Türkoğlu rayonunda yaradılıb:
“Zəhməti olan hər kəsə təşəkkür edir, millətimizə növbəti dəfə “keçmiş olsun” deyirəm”.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Nəticədə 50 500 nəfər ölüb.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:07 / 08.05.2023
Azərbaycan Kahramanmaraşda məhəllə saldı
Hazırda oxunan: Azərbaycan Kahramanmaraşda məhəllə saldı
Hazırda oxunan: Azərbaycan Kahramanmaraşda məhəllə saldı
134956
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.