Asiya İnkişaf Bankı (AİB) 2050-ci ilə kimi Azərbaycan əhalisinin artım proqnozunu yaxşılaşdırıb.
Bizim.Media xəbər verir ki, AİB-in hesablamalarına görə, 2030-cü ildə Azərbaycan əhalisi 10,7 milyon nəfərə yüksələcək.
Bu isə ötən ilki proqnozla müqayisədə 3,5% çoxdur. Asiya İnkişaf Bankı 2040-cı ildə Azərbaycan əhalisinin 11 milyon nəfərə kimi artacağını, 2050-ci ildə isə 10,9 milyon nəfərə enəcəyini proqnozlaşdırıb. Bu isə Bankın ötənilki proqnozu ilə müqayisədə müvafiq olaraq 6,3% və 5,3% çoxdur.
"Asiya İnkişaf Bankı" dünya əhalisinin artım proqnozunu da yeniləyib. Bank 2030-cü ildə dünya əhalinin 8,5 milyard nəfərə, 2040-cı ildə 9,2 milyard nəfərə, 2050-ci ildə isə 9,7 milyard nəfərə çatacağını açıqlayıb. Bu isə AİB-in 2022-ci il proqnozu ilə müqayisədə müvafiq olaraq 7,2%, 15,3% və 22% çoxdur.
Bizim.Media