Bizim.Media-nın gündəmə gətirdiyi Gəncənin yol problemi HƏLLİNİ TAPDI – FOTO 

Hazırda oxunan: Bizim.Media-nın gündəmə gətirdiyi Gəncənin yol problemi HƏLLİNİ TAPDI – FOTO 

134870

Məlum olduğu kimi, Gəncə şəhərinin yol problemi ilə bağlı məsələni gündəmə gətirmişdik. Belə ki, Gəncənin Mahrasa bağında yaşayan sakinlər öz evlərinə getmək üçün 15-20 sm dərinləşmiş xəndəkdən keçmək məcburiyyətində qalmışdılar. Yağışlı günlərdə isə vəziyyət daha da acınacaqlı olurdu.

Lakin problemin həlli istiqamətində işlərə artıq start verilib.

Gəncə şəhər “Maqro” MMC-nin sahə rəisi Amil Abbasov Bizim.Media-ya bildirib ki, artıq yaranmış vəziyyət aradan qaldırılır: 
 

MÖVZU İLƏ BAĞLI:

Gəncənin bitmək bilməyən YOL PROBLEMİ – “Dağıdıb gediblər, asfaltlayan yoxdur” – FOTO 


“Hazırda Pərviz Səmədov küçəsinin aşağı hissəsi, 4 saylı məktəbin yanına yaxın hissələr asfaltlanıb, briqada 22 saylı orta məktəbin qarşısında işləyir. Yağıntılı hava şəraiti səbəbindən arada bir neçə gün fasilə verməyə məcbur olduq. İki gündür ki, fasiləsiz işlər davam edir. Artıq asfaltlama işləri yenidən start götürüb və işlər Şota Rustavelli və Pərviz Səmədov küçələrində sona çatdırılanadək davam edəcək. Yaxın 3 gün müddətində adları qeyd olunan küçələrdə asfaltlama işlərinin başa çatdırılması nəzərdə tutulub”.

Sahə rəisinin sözlərinə görə təlimata uyğun olaraq borular basdırıldıqdan və torpaqlandıqdan sonra həmin hissələr bərkidilməsi üçün mütəmadi olaraq sulanmalıdır:

“Boruların basdırılma işlərindən sonra torpaq hissənin yatması üçün ən azından bir neçə həftə gözləmək vacibdir. Çünki həmin qatın çökməsini gözləməsən ora salınan asfalt örtüyü zay ola bilər. Ona görə o torpaq qatının çökməsini gözləmək təbiidir”.

Şirkətin nümayəndəsi basdırılma işləri yekunlaşmış yerlərdə asfaltlanma işlərinin davam edəcəyini və bu sahədə bir daha problem yaranmayacağını qeyd edib: 

“Bundan əlavə, əgər həmin asfalt salınan sahələrdə təkrar çökmələr olarsa, o da layihəyə uyğun şirkət tərəfindən təmir olunacaq”. 














Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin