55 tikinti obyektində aşkarlanan QANUNSUZLUQLAR 

Hazırda oxunan: 55 tikinti obyektində aşkarlanan QANUNSUZLUQLAR 

134859

Müvafiq sahədə hüquq pozuntularının qarşısının alınması məqsədilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən keçirilmiş yoxlamalarla 55 tikinti obyektində 75 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan işlədiyi aşkarlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2022-ci il üzrə hesabatında bildirilir. 

Qeyd edilib ki, nəticədə bir işəgötürən fiziki şəxs barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib, daha 14-ü haqqında ümumilikdə 186 500 manat məbləğdə inzibati cərimə tətbiq edilib. 

Bundan əlavə, ixtisaslaşmış xüsusi polis qurumu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 3 (sabit) məcburi əmək faktı müəyyən edilərək cinayət işləri başlanılıb və aparılmış prosessual araşdırmalarla cinayətlərdən zərər çəkmiş şəxslərin ölkə daxilində kənd təsərrüfatı sektorunda istismar edildiyi məlum olub. 

Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətləri əsasında apardığı yoxlamalar zamanı isə – 369 (+102) şəxsin əmək müqaviləsi olmadan işləməsi və işəgötürənlər tərəfindən üç halda işçini əmək funksiyasına aid olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmə faktı müəyyən edilərək aidiyyəti vəzifəli şəxslər barəsində bütövlükdə 1 800 000 manata yaxın inzibati cərimə tətbiq edilib. 
Digər tərəfdən, əcnəbilərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti həyata keçirməsi üçün Dövlət Miqrasiya Xidməti 4 674 nəfərə iş icazəsi vermiş, 2 875 nəfərin müvafiq icazələrinin müddətini uzatmış, habelə əcnəbiləri qanunsuz əmək fəaliyyətinə cəlb etmiş 200 işəgötürəni inzibati qaydada cərimələyib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin