Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlı qüvvələrinin yeni təyin olunmuş komandanı Aleksandr Lentsov mayın 4-də Bakıda müdafiə naziri Zakir Həsənovla danışıqlar aparıb.
Nəticələr açıqlanmasa da bu görüş erməniləri bərk məyus edib. Qarabağdakı qondarma rejimin "parlamentində" təmsil olunan “Ədalət” fraksiyasının rəhbəri David Qalstyan bu mövzuya münasibət bildirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Ermənistan liderləri Brüsseldə görüşəcəklər
Onun sözlərinə görə, Ermənistan öz tələblərini, problemlərini aydın şəkildə formalaşdırmayınca, əməli addımlar atmayınca, heç bir nəticə əldə edilməyəcək.
Bizim.Media xəbər verir ki, bu informasiya "Hraparak.am" saytında yer alıb.
David Qalstyan Lentsovun Bakıda apardığı danışıqlara o qədər də ümid etmədiyini bildirib:
"Əslində heç bir nəticə ola bilməzdi, çünki erməni tərəfi (Paşinyanı nəzərdə tutur) imzasına hörmət etmir".
Onun fikrincə, indiki vəziyyətdə başqa tərəfləri günahlandırmaq, məsuliyyətdən yayınmaq lazım deyil.
Separatçı Türkiyənin Ermənistana hava məkanını bağladığından da söz açıb:
"Bəs niyə Ermənistan öz hava məkanını Azərbaycana bağlamır, yəni proporsional addım atılmır. Paşinyan yalnız Qarabağdakı milli azlıqların (erməniləri nəzərdə tutur) hüquqlarından, Azərbaycanın ərazi bütövlüyündən, sülh sazişindən danışır, amma Qarabağdan danışmır”.
Bizim.Media