Azərbaycanın hakim partiyası olan YAP-da islahatların həyata keçiriləcəyi ilə bağlı məlumatlar vermişdik.
Bir çox ekspertlərin də qeyd etdiyi kimi, yeni dövrün çağırışları ölkənin ən böyük partiyasında da islahatları qaçılmaz edirdi.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, artıq partiya daxilində islahatların aparılması üçün bəzi işlərə start verilib. Bu günlərdə YAP-ın növbədən kənar qurultayının keçirilməsinə qərar verilib.
MÖVZU İLƏ BAĞLI:
YAP İcra katibliyində dəyişikliklər gözlənilir
Böyük ehtimallarla həftə sonu - Martın 5-də qurultayın keçirilməsi gözlənilir.
Bununla əlaqədər partiyanın respublika daxili bütün özəklərində hazırlıq işləri aparılır.
Qurultayda partiya daxilində ciddi yenilənmə işlərinin aparılacağı ehtimal olunur.
Bizim.Media