Murad Ağabəyli: “Ermənilər Tuğda abidələrimizin üzərində əlavələr edib” - FOTO

Hazırda oxunan: Murad Ağabəyli: “Ermənilər Tuğda abidələrimizin üzərində əlavələr edib” - FOTO

134756

“Tuğ Azərbaycanın ən qədim, ən gözəl kəndlərindən biridir. Tuğun eyni zamanda çox gözəl turizm potensialı var. Biz Tuğun turizm konsepsiyasını hazırlayarkən əsas üç istiqaməti götürmüşük. Bu istiqamətlərdən birincisi Tuğun tarixi memarlıq üslubunu saxlamaqla mədəni turizmin inkişaf etdirilməsi, bunlardan ikincisi Tuğun zəngin təbiətindən istifadə etməklə burada ekoturizm istiqamətində turizmin inkişaf etdirilməsi, üçüncü istiqamət kimi, bildiyniz kimi Tuğun aqroturizm potensialı var. Biz Tuğun aqroturzm potensialından istifadə edərək burada, bu istiqamətdə turizmin inkişaf etdirilməsini düşünürük”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Dövlət turizm agentliyinin qoruqları idarə etmə mərkəzinin idarə heyətinin sədri Murad Ağabəyli jurnalistlərə açıqlamasında bildirib.

Qurum rəsmisi “Prezidentin izi ilə” Tuğ kəndinə səfər edən media nümayəndələrinə kənddə inşa ediləcək turizm obyektləri haqqında ətraflı məlumat verib. Bildirilib ki, ilkin mərhələdə Tuğun tarixi hissəsində turizm infrastukturunun yaradılması istiqamətində işlər aparılacaq: 
“Artıq bu istiqamətdə işlər başlanıb. Biz bu obyektlərin konsepsiyalara uyğun müxtəlif obyeklərin layihələndirilməsi işlərini həyata keçiririk. Kəndin girişində biz avtodayanacaq, digər zəruri turizm infrasturukturlarının yaradılmasını, ikinci istiqamətdə kənd məktəbinin, Məlik saray kompleksinin bərpa edilməsini düşünürük və digər istiqamətdə turizm informasiya mərkəzinin, kulnariya mərkəzinin qurulmasını, eyni zamanda iaşə obyektlərinin qurulmasını planlamışıq” – deyə M.Ağabəyli qeyd edib. 

O, həmçinin kəndin tarixi memarlıq üslubundan danışaraq kənddə tarixi memarlıq abidələrinin ermənilər tərəfindən məhv edilməsini xüsusi vurğulayıb: 

“Gördüyünüz tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vandalizmə məruz qalıb. Və bu vandalizm deyəndə mən təkcə bu tarixi binaların dağıdılmasını nəzərdə tutmuram. Eyni zamanda bir çox abidələrimiz işğal müddətində dəyişdirilərək üzərində çoxlu əlavələr edilmiş və onlar tarixi görkəmini hansısa bir formada itirmişdir. Biz xarici və yerli ekspertlərin birgə səyi nəticəsində həmin abidələri yenidən araşdıracağıq. Yenidən təqiq edəcəyik və onları ilkin tarixi görkəminə qaytaracağıq” 

Həmçinin onu da qeyd edək ki, Tuğ kəndində turizm informasiya mərkəzini yaradılması Şuşa və ətraf ərazilərə səfər edən yerli və xarici turistlərə xidmət göstərəcək. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin