Türkiyənin Hatay vilayətində baş verən qəzada ölənlərin sayı 12-yə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca özünün “Twitter” hesabında məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Hataydakı qətliama bərabər qəzanın TƏFƏRRÜATLARI - FOTO - YENİLƏNİB
“Zəncirvari yol qəzasında yük maşını və avtobusda yanğın baş verib. Antakyanın Topboğazlı rayonunda 12 vətəndaşımız həlak olub.
Üçü ağır olmaqla, 31 soydaşımız yaralanıb. Hadisə yerinə 22 təcili yardım və 3 UMKE qrupu səfərbər olub. Ölənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm.
Yaralıların ən qısa zamanda sağlamlıqlarına qovuşması üçün əlimizdən gələni edəcəyik. Hər birinə tezliklə şəfa diləyirəm”, - deyə nazir qeyd edib.
Bizim.Media