İtaliya A seriyasında 34-cü tur start götürüb.
Bizim.Media xəbər verir ki, "Milan" bu dəfə evdə "Latsio" ilə qarşılaşıb.
Matçda meydan sahibləri 2 cavabsız qolla qalib gəliblər.
Hesabı 17-ci dəqiqədə İsmail Bennaser açıb. Son nöqtəni isə 29-cu dəqiqədə Teo Ernandes qoyub.
Qeyd edək ki, "Latsio" turnir cədvəlində 64 xalla 2-ci, "Milan" isə 61 xalla 4-cüdür.
Xatırladaq ki, A seriyasında artıq 2022/23 mövsümünün çempionu müəyyənləşib. Bu, "Napoli" olub.
Bizim.Media