Azərbaycanı Avroviziyada təmsil edənlər Liverpulda fanatları ilə görüşüblər

Hazırda oxunan: Azərbaycanı Avroviziyada təmsil edənlər Liverpulda fanatları ilə görüşüblər

134700

Azərbaycanı bu il Avroviziyada təmsil edən Tural və Turan əkiz qardaşları - TuralTuranX müsabiqənin keçirildiyi Liverpul şəhərində bir sıra görüşlər keçiriblər. 

Bizim.Media Report-a istinadən xəbər verir ki, TuralTuranX Liverpulda Avroviziya fanatları ilə görüşdə həm öz mahnılarını, həm də Azərbaycan dilində mahnı ifa ediblər. 

Bundan başqa, təmsilçilərimiz mayın 9-da 1-ci yarımfinalda çıxış etmək üçün səhnə məşqlərini davam etdirirlər. 

Xatırladaq ki, onlar 12-ci nömrə altında səhnəyə çıxacaqlar. 

Avroviziyanın yeni qaydalarına əsasən, müsabiqədə iştirak etməyən ölkələr də bu il səsverməyə qatıla biləcəklər. 

Qeyd edək ki, “Avroviziya 2023” mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində ötən il qalib gəlmiş Ukrayna adından Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.

Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə baş tutan “Avroviziya-2023”də Azərbaycanı “Tell me more” mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edirlər. 

Müsabiqə İctimai Televiziyanın efirində canlı yayımlanacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin