Mədəniyyət Nazirliyi 7 gündür morqda qalan Siyavuş Aslanın oğlunun dəfnini NƏZARƏTƏ GÖTÜRDÜ  

Hazırda oxunan: Mədəniyyət Nazirliyi 7 gündür morqda qalan Siyavuş Aslanın oğlunun dəfnini NƏZARƏTƏ GÖTÜRDÜ  

134629

Xəbər verildiyi kimi mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov vəfat edib və 7 gündür ki, nəşi Sabunçu Tibb Mərkəzinin morqundadır. Onun cənazəsini hələki təhvil alan yoxdur. 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən Bizim.Media-ya açıqlama verilb. Qurumun mətbuat katibi Aynur Kərimovanın sözlərinə görə Xalq artistinin oğlu Çingiz Aslanovun nəşinin götürülməsi və dəfni ilə bağlı məsələ nəzarətlərindədir: 
 

MÖVZU İLƏ BAĞLI:

7 gündür morqda qalan Siyavuş Aslanın oğlunun meyitinə sahib çıxan TAPILDI – ÖZƏL  


“Mədəniyyət Nazirliyinə dünəndən bu barədə məlumat daxil olub və məsələ ilə məşğul olmağa başlamışıq”, - deyə Aynur kərimova əlavə edib. 

Qeyd edək ki, Çingiz Siyavuşoğlu 27.04.2023-cü il tarixində Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub. Ona Kliniki Tibb Mərkəz, 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, eləcə də Sabunçu Tibb Mərkəzində zəruri tibb xidmətlər göstərilib. Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023 tarixdə bioloji ölüm baş verib. Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub. Nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə təhvil verilib.  

Onu da bildirək ki, Çingiz Aslanov tüfeyli həyat tərzi keçirirdi. Onun küçələrdə gecələməsi ilə bağlı dəfələrlə görüntülər yayılıb. Ç.Aslanov 2021-ci ildə sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilsə də, öz istəyi ilə oranı tərk etmişdi. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin