7 gündür morqda qalan Siyavuş Aslanın oğlunun meyitinə sahib çıxan TAPILDI – ÖZƏL  

Hazırda oxunan: 7 gündür morqda qalan Siyavuş Aslanın oğlunun meyitinə sahib çıxan TAPILDI – ÖZƏL  

134618

Xəbər verildiyi kimi mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov vəfat edib.  

Qeyd edək ki, Çingiz Siyavuşoğlu 27.04.2023-cü il tarixində Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub.
Ona Kliniki Tibb Mərkəz, 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, eləcə də Sabunçu Tibb Mərkəzində zəruri tibb xidmətlər göstərilib. Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023 tarixdə bioloji ölüm baş verib. Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub. Nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə təhvil verilib. Çingiz Aslanovun  nəşi Sabunçu Tibb Mərkəzinin morqundadır və 5 gündür ki, onun cənazəsini təhvil alan yoxdur. 

Xalq artistinin mərhum oğlunun nəşinə sahib çıxan və dəfn etmək istəyən könüllü tapılıb.  

Bizim.Media-ya bu barədə müraciət edən Yeni Baxış İctimai Nəzarət Cəmiyyətinin mətbuat katibi Vüqar Əmirov Çingiz Aslanovu müsəlman adəti və üsulu ilə dəfn etmək istədiyini bildirib.

Bizim.Media vasitəsilə əlaqədar qurumlara səslənən Vüqar Əmirov öz hesabına mərhumu Türkan qəbirstanlığında torpağa tapşırmaq istəyir: 

“Türkan bələdiyyə sədri Böyükağa Yarıyevə də müraciət etdim. O, da təşəbbüsümü bəyəndi və dəstək göstərəcəyini qeyd etdi. Mən Xalq artisinin oğlunun kimsəsizlər qəbirstanlığında dəfn edilməsini istəmirəm. Onun atası illərini və ömrünü bu xalq üçün fəda edib. Siyavuş Aslan xalqın adını daşıyır. Biz də xalqın övladıyıq. Lazım olarsa Hacı Ağa Abdullayevin yanında və ya istənilən yerdə onu dəfn etməyə hazıram. Narkoman, alkaş, yaxud tufeyli olsa da, o, bir insandır və haqq dünyasındadır.  

Mən ona sahib dururam və gücüm çatan qədər nə lazımdırsa etməyə hazıram. Siyavuş Aslan sağ olarkən onun ətrafında olan insanlar qaçıb gizlənib. Çingiz Aslanov hər kim olsa da, bu gün Xalq artistinin adın daşıyır. Hesab edirəm ki, xalq olaraq onu müsəlman adət-ənənəsinə uyğun olaraq dəfn etmək lazımdır”, - deyə Vüqar Əmirov bildirib. 
Qeyd edək ki, Çingiz Aslanov tüfeyli həyat tərzi keçirirdi. Onun küçələrdə gecələməsi ilə bağlı dəfələrlə görüntülər yayılıb. Ç.Aslanov 2021-ci ildə sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilsə də, öz istəyi ilə oranı tərk etmişdi. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin