“Nemezis abidəsinin İrəvanda qoyulması ilə bağlı qərar yanlış idi.
Bizim.Media “Armenpress”ə istinadla xəbər verir ki, bunu Praqada Ermənistanın baş naziri Nikol Paşinyan deyib .
“Əgər mənim fikrimi bilmək istəyirsinizsə, onda mən hesab edirəm ki, yanlış qərar verilib və bu qərarın icrası da yanlış olub. Bu abidənin ucaldılması Ermənistanda bir çoxlarının digərlərini “vətən xaini” olmaqda hədələdiyi bir vaxtda baş verib”, - deyə Paşinyan bildirib.
Qeyd edək ki, “Nemezis” abidəsinin ucaldılmasından sonra Türkiyə hava məkanını Ermənistan üçün bağlayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə açıqlamasında abidənin açılışını təxribat adlandırıb.
Bizim.Media
- A-
- A
- A+
Region
09:56 / 06.05.2023
Paşinyandan ETİRAF: “Nemezis abidəsinin qoyulması yanlış idi”
Hazırda oxunan: Paşinyandan ETİRAF: “Nemezis abidəsinin qoyulması yanlış idi”
Hazırda oxunan: Paşinyandan ETİRAF: “Nemezis abidəsinin qoyulması yanlış idi”
134610
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.