4-5 may 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Meksika Birləşmiş Ştatlarına səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində 4 may tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Meksika Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçirilib.
Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Meksika tərəfindən isə xarici əlaqələr nazirinin siyasi məsələlər üzrə müavini xanım Karmen Moreno Toskano rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə iqtisadi, turizm, energetika, mədəniyyət və təhsil sahələrində qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Məsləhətləşmələr zamanı E.Məmmədov qarşı tərəfə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, həmçinin işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və quruculuq işləri barədə geniş məlumat verib.
Həmçinin, Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində fəaliyyəti, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Meksikaya səfəri zamanı E.Məmmədov Meksika Senatının binasında Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viyya Viyeqas və qrupun digər üzvləri, habelə Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Ceydkol Polevnski ilə görüşüb.
Görüşlər zamanı ölkə arasında münasibətlər, xüsusilə parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti müzakirə edilib, müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin inkişafı üçün böyük potensialın olduğu vurğulanıb.
Nazir müavini həmçinin, keçmiş münaqişə dövründə Meksika hökumətinin və parlamentinin nümayiş etdirdiyi ədalətli mövqeyə və həmrəyliyə görə, həmçinin Meksika Konqresinin hər iki palatası tərəfindən Xocalı soyqırımının tanınmasına görə təşəkkürünü bildirib.
Nazir müavini həmçinin, bu ölkənin aparıcı beyin mərkəzlərinin üzvləri və nüfuzlu KİV-in nümayəndələri ilə görüşüb, yerli mətbuata müsahibələr verib.
Meksikaya səfəri zamanı nazir müavini Mexiko şəhərinin Tlakskoake meydanında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə, eləcə də Mexiko şəhərinin mərkəzi küçələrinin birində salınmış Meksika-Azərbaycan Dostluq Parkını ziyarət edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
00:21 / 06.05.2023
Xarici işlər nazirinin müavini Elnur Məmmədov Meksikaya səfər edib - FOTO
Hazırda oxunan: Xarici işlər nazirinin müavini Elnur Məmmədov Meksikaya səfər edib - FOTO
Hazırda oxunan: Xarici işlər nazirinin müavini Elnur Məmmədov Meksikaya səfər edib - FOTO
134590
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.