Qəbələ sakini əlil arabasında YÜRÜŞƏ BAŞLADI - FOTO/VİDEO

Hazırda oxunan: Qəbələ sakini əlil arabasında YÜRÜŞƏ BAŞLADI - FOTO/VİDEO

134569

Birinci qrup əlil Elşən Rizvanlı ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar bu gün Qəbələdən yola çıxaraq yürüşə başlayıb.  

Bu barədə Bizim.Media-ya yürüş iştirakçısı Elşən Rizvanlı məlumat verib.  

İllər əvvəl avtomobil qəzasına düşərək ayaqları amputasiya edilən Elşən Rizvanlı özünü cəmiyyətdən təcrid etməyib. O, hər zaman mübariz olub, rayonun və ölkənin ictimai-siyası həyatında yaxından iştirak edib.  

Bu gün Qəbələ şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər güllər düzən Elşən həmin ərazidən Bakı istiqamətinə yürüşə başlayıb. Azərbaycan və Türkiyə bayraqlarını başı üzərində dalğalandıran Elşən beş gün müddətinə bu yolu qət etməyi planlaşdırır.
O, mayın 10-da Bakıda, Fəxri Xiyabanda ulu öndərin abidəsi önünü ziyarətlə yürüşü tamamlamaq niyyətindədir.  

Qeyd edək ki, Elşən Rizvanlı bundan əvvəl də iki dəfə 2011 və 2013-cü illərdə Heydər Əliyevin 88 və 90 yaşı tamam olan zaman belə yürüşlər təşkil edib.  

Bizim.Media-nın yerli bürosu ilə söhbətində Elşən Rizvanlı özünü Heydər Əliyevin məktəbinin sadiq əsgəri hesab etdiyini, əlil olsa belə, onun ideya və vəsiyyətlərinə uyğun yaşadığını bildirib.
 





Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin