“Moskva çalışacaq ki, Azərbaycan-Ermənistan münaqişəsi həll olunmasın” – Zərdüşt Əlizadə

Hazırda oxunan: “Moskva çalışacaq ki, Azərbaycan-Ermənistan münaqişəsi həll olunmasın” – Zərdüşt Əlizadə

134497

ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında bir neçə gün davam edən görüşlər artıq başa çatıb. 

Bu görüşdə bəzi nəticələrin əldə ediləcəyinə müəyyən ümidlər olsa da, Vaşinqton təmasları heç bir sənəd imzalanmadan geridə qaldı. Həmin görüş artıq Vaşinqtonda baş tutan üçüncü bu sayaq görüşdür. 

Görəsən, ABŞ-ın moderatorluğu ilə keçirilən görüşlər nə qədər faydalı oldu? 

Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, ABŞ-ın moderatorluğu ilə olan görüşlərə tərəflər müəyyən fayda gətiriblər, müəyyən məsələlərdə tərəqqi, ümumi yaxınlaşma var:
 

MÖVZU İLƏ BAĞLI:

İkiüzlülüyün SON HƏDDİ – Paşinyan İrəvanda sülhdən, Praqada müharibədən DANIŞIR


“Azərbaycan sülh üçün 5 prinsip irəli sürdü. Ermənistan 6 prinsiplə cavab verdi. Bakı ermənilərin bu prinsiplərini rədd etdi. Amerikanın da mövqeyi ziddiyyətlidir. Blinken bir tərəfdən deyir ki, Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qoyulması sülh prosesinə ziyan gətirir. Bu məntiqsiz və əsassız fikirdir. Azərbaycan isə öz haqlı hüququndan istifadə etdiyini bəyan edir.

Məhz sərhəd-buraxılış məntəqəsinin qoyulmasından sonra münasibətlərdə daha çox aydınlıq yaranıb.

Bu öz-özlüyündə yeniliyə doğru bir addımdır. Amerika özü bilər, amma bu addımın atılması Azərbaycanın hüququdur. Zəngəzur, sərhəd məsələsində tərəflərin hansı mövqeyə gəldiyi də hələ ki, bilinmir. İndi növbə Moskvanındır. Görək burada nə olacaq? Amma Moskvanın mövqeyi də bəllidir. Kreml münaqişənin uzun müddətə həll olunmayaraq qalmasına çalışır”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin