Buraxılış imtahanlarının vaxtı artırılacaq? - DİM-dən AÇIQLAMA  

Hazırda oxunan: Buraxılış imtahanlarının vaxtı artırılacaq? - DİM-dən AÇIQLAMA  

134480

Dövlət İmtahan Mərkəzi açıq suallara görə növbəti illərdə buraxılış imtahanlarının vaxtının artırılıb artırılmayacağına aydınlıq gətirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə açıqlama verib. 

O bildirib ki, imtahanların müddəti standartlara uyğun müəyyən edilib: 

"Elə suallar var ki, orta hesabla onlara 1-2 dəqiqə vaxt lazımdır. Təbii ki, açıq suallar daha çox vaxt aparır. Lakin elə qapalı suallar var ki, orada heç bir dəqiqə belə tələb olunmur, həmin sualı 1 saniyədə cavablandırmaq mümkündür. Məsələn, sual olunur ki, qonşu bucaqlar hansılardır? Bu suala baxan kimi cavab vermək olar. Burada hesablama aparmaq tələb olunmur. Bu halda həmin suala ayrılan vaxt digər suallara sərf oluna bilər". 

DİM sədri qeyd edib ki, şagirdlərin biliyini daha dərindən qiymətləndirmək üçün buraxılış imtahanlarını iki mərhələdə keçirmək olar: 

"Lakin hazırda buna ehtiyac yoxdur. Hazırkı modellə biz uşaqların bilik səviyyələrini qiymətləndirə bilirik. Növbəti mərhələ qəbul imtahanları mərhələsidir. Buraxılış imtahanlarının sualları necə standartlara uyğun hazırlanmışdısa, qəbul imtahanları da bu şəkildə təşkil olunacaq" - deyə o bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin