Balakən rayonunda daha bir gənc yüksək vəzifəyə təyin olunub.
Bizim.Media-nın yerli bürosu rayon icra hakimiyyətinə istinadən xəbər verir ki, Mahir Əlisoltanov rayonun Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad olunaraq daha yüksək vəzifəyə təyin edilib.
Belə ki, o, rayon icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.
Məlumatda o da qeyd edilib ki, Mahir Əlisoltanov ilk dəfə Qullar kənd icra nümayəndəsinin müavini olaraq işə başlayıb. Daha sonra həmin kənddə icra nümayəndəsi vəzifəsində çalışıb. 39 yaşlı Mahir Əlisoltanov ailəlidir, iki övlad atasıdır.
Qeyd edək ki, bundan əvvəl də Balakən Rayon İcra Hakimiyyətin başçısının birinci müavini postuna və İctimai-siyasi şöbəyə gənclər təyinat alıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu