İtaliyanın xarici işlər naziri Parisə səfərini ləğv edib

Hazırda oxunan: İtaliyanın xarici işlər naziri Parisə səfərini ləğv edib

134410

İtaliyanın xarici işlər naziri Antonio Tayani fransalı həmkarı Katrin Kolonna ilə planlaşdırılan görüşünü ləğv edib. Buna Fransanın daxili işlər naziri Jerald Darmanenin İtaliya hökumətinin qanunsuz mühacir problemi ilə bacara bilmədiyi barədə bəyanatı səbəb olub. 

Bizim.Media xəbər verir ki, Antonio Tayaninin sözlərinə görə, fransalı nazirin İtaliya hökumətinin ünvanına səsləndirdiyi təhqirlər yolverilməzdir və Avropanın ümumi problemləri bu şəkildə həll oluna bilməz. 

İtaliyanın qarşılaşdığı miqrasiya problemi ilk dəfə deyil ki, Fransa ilə mübahisəyə səbəb olur. Paris dəniz yolu ilə İtaliyaya keçən mühacirlərin qarşısını ala bilmədiyi üçün Corca Meloni hökumətini açıq şəkildə tənqid edir. 
İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, ilin əvvəlindən bəri ölkənin cənub sahillərinə Afrikadan 42,5 min mühacir daxil olub ki, bu da 2021-ci və 2022-ci illərin analoji dövrləri ilə müqayisədə dörd dəfə çoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin