BİZİM TƏQVİM: Karl Marksın doğulduğu, Napoleonun ÖLDÜYÜ GÜN

Hazırda oxunan: BİZİM TƏQVİM: Karl Marksın doğulduğu, Napoleonun ÖLDÜYÜ GÜN

134331

1949-cu ildə Londonda Avropa Şurası (AŞ) yaradılıb. Qurumun qərargahı Strasburqda yerləşir. Avropa Şurasının fəaliyyəti ilk növbədə insan hüquqlarının təmin olunmasına və müdafiəsinə, hüquqi əməkdaşlığın inkişafına, mədəniyyət, təhsil, səhiyyə, ekologiya və informasiya sahələrində qarşılıqlı fəaliyyətə yönəlib.

AŞ terrorizmə qarşı mübarizə məsələlərinə, eləcə də demokratik sabitliyin möhkəmlənməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirir. Azərbaycan 2001-ci ildən AŞ-nin üzvüdür.

Bəs, mayın 5-də dünyada daha nələr olub?

1. 5 may 1921-ci ildə "Şanel" ətrinin ilk təqdimetmə mərasimi keçirilib.

2. 1955-ci ilin 5 mayında Qərbi Almaniya tam suverenlik haqqına qovuşub.

3. 5 may 1955-ci ildə Türkiyə Qadınlar Birliyinin təşəbbüsü ilə hər il may ayının ikinci bazar gününün Analar Günü kimi qeyd olunmasına qərar verildi. Həmin il birlik türk qadın qəhrəmanı Nənə Xatunu “İlin anası” seçdi.

4. 1961-ci ilin 5 mayında Alan Şepard Amerika Birləşmiş Ştatlarının kosmosa göndərdiyi ilk insan oldu.

5. 5 may 1968-ci ildə Fransada Vyetnam Müharibəsinə qarşı çıxan 6 tələbənin tutulması ilə Parisdə tələbə qiyamı başladı. Şəhərdə 30 min tələbə barrikadalar quraraq müqavimət göstərdi.

6. 1960-cı ilin bu günündə Bakı funikulyoru istifadəyə verilib. 

7. 5 may 1970-ci ildə Bakıda Ulduz metrostansiyası istifadəyə verilib. 

8. 5 may 2006-cı ildə Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) dövlət başçılarının 9-cu sammiti keçirilib. 10 müsəlman ölkəsini birləşdirən ECO 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən təsis edilib, Azərbaycan keçmiş SSRİ-nin müsəlman respublikaları ilə birlikdə 1992-ci ildə quruma üzv olub.
9. 2014-cü ilin bu günündə AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının açılışı olub. Burada çoxcildli Universal Azərbaycan Milli Ensiklopediyasının hazırlanması və nəşri ilə məşğul olurlar.

5 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Mütəfəkkir və iqtisadçı alim Karl Marks 1818-ci il mayın 5-də Almaniyanın Trir şəhərində dünyaya gəlib. 

2. Dünyanın ən böyük sərkərdələrindən biri olan Napoleon Bonapart 1821-ci ildə Müqəddəs Yelena  adasında sürgündə 51 yaşında vəfat edib.

3. Dağıstanda çarizmə qarşı azadlıq hərəkatının liderlərindən biri Hacı Murad 1852-ci ilin bu günü qətlə yetirilib.  

4. Azərbaycanın ilk və hazırki dövlət himninin mətninin müəllifi, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük milli şair Əhməd Cavad 1892-ci ilin 5 may tarixində dünyaya gəlib.

5. Azərbaycanın ilk qadın rejissoru Qəmər Salamzadə 1908-ci ilin 5 mayında  anadan olub. 

6. Azərbaycanın görkəmli rejissoru, aktyoru və pedaqoq Adil İsgəndərov 1910-cu il 5 mayda dünyaya gəlib.

7. Bu gün Azərbaycanın görkəmli səhnə xadimi Sidqi Ruhullanın xatirə günüdür. O 5 may 1950-cu ildə dünyasını dəyişib.

8. 5 may 1930-cu ildə Azərbaycanlı xanəndə Nəriman Əliyev anadan olub.

9. Azərbaycanlı xanəndə, Xalq artisti Yaqub Məmmədov 5 may 1930-cu idə dünyaya gəlib.

10. Məşhur Azərbaycanlı müğənni Ququş 1950-ci ilin bu günündə dünyaya gəlib.

11. Azərbaycanın Milli Qəhrəmanı İlham Əliyev 1961-ci ilin 5 mayında anadan olub.

12. Azərbaycanın Milli Qəhrəmanı Elşad Yəhyayev 1970-ci ilin 5 mayında dünyaya göz açıb.

13. Azərbaycanın Milli Qəhrəmanları Qasım Rzayev  və Pərviz Səmədov da 1970-ci ilin bu günündə anadan olublar.

14. Azərbaycanın Xalq şairi Fikrət Qoca 2021-ci ilin bu günündə dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin