Şəkər tozu kəskin BAHALAŞACAQ – BU TARİXDƏN 

Hazırda oxunan: Şəkər tozu kəskin BAHALAŞACAQ – BU TARİXDƏN 

134323

Hindistan şəkər qamışının ixracını məhdudlaşdıracağını elan edib. Yayılan bu informasiya qlobal bazarda ciddi təşviş yaradıb. Çünki, şəkər qamışının ixracı məhdudlaşarsa, bu məcburi qiymət artımına səbəb olacaq.  

Digər tərəfdən, Hindistan hazırda dərin iqtisadi böhran içərisindədir. Böhrandan çıxış üçün hazırda müxtəlif yollar axtarılır. İxrac qiymətlərini qaldırmaq həmin yollardan biridir. Nəzərə alaq ki, Hindistan ən böyük ikinci şəkər ixracatçısıdır. Əgər bu ölkə ixracı azaltsa onda dünya bazarında bahalaşma qaçılmaz olacaq. 
Azərbaycanda şəkər istehsalı var. Amma bu istehsal prosesi yalnız qablaşdırmadan ibarətdir. Çünki, xammal əsasən xaricdən alınır. Xarici ekspertlərin fikrincə, Hindistan öz fikrində qalarsa, yaxın 6 ayda şəkərin qiyməti kəskin bahalaşacaq.

Bəs, ekspertlər bununla bağlı nə düşünürlər?

İqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında bildirib ki,  ölkəmizdə şəkər qamışından yox, şəkər çuğundurundan istifadə edilir:
 

MÖVZU İLƏ BAĞLI:

Çayımız niyə ŞİRİN olmur? – “Pesok”a qatılan “ağ ölüm”


“İmişlidə Şəkər zavodu var. Amma bu zavod öz xammal ehtiyacını böyük ölçüdə xaricdən alır. Yalnız emal bu zavodda həyata keçirilir. Bununla belə yayılan bu xəbər dünyada və eləcə də Azərbaycanda şəkərin qiymətinin artmasına təkan verə bilər.

Nəzərə alaq ki, Azərbaycan iqtisadiyyatı idxaldan daha çox asılıdır. Və ölkəmizə şəkər də idxal edilir. Çox təəssüf ki, bu məlumatdan sonra şəkərin qiymətində artım müşahidə oluna bilər”.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə Hindistanda böyük ölçüdə şəkər qamışı istehsal olunduğunu bildirib:

“İstehsalın da əsas hissəsi ixrac olunur. Əgər Hindistan höküməti belə bir addım atarsa onda istehsal edilən o qədər şəkər qamışını nə edəcək?! Bu məsələnin bir tərəfi. Məsələnin digər tərəfi ondan ibarətdir ki, ola bilsin, dünya bazarındakı qiymətlərə təsir etmək üçün hindistanlı istehsalçılar belə bir informasiyanı yayıblar.

Təbii ki, bu informasiya dünya bazarındakı qiymətlərə təsir edəcək. Çünki, bazardakı qiymətlər çox zaman iqtisadi əsaslar hesabına yox, psixoloji amillərə görə formalaşır. Ona görə də Hindistanın bu addımı dünya bazarındakı qiymətlərə təsirsiz ötüşməyəcək”.

Akif Nəsirli bunun da dolayısı ilə Azərbaycana təsir göstərəcəyini qeyd edib:

“Nəzərə alaq ki, Azərbaycanda şəkər istehsalını yalnız bir zavod həyata keçirir. Və ölkəmizdə də qiymət artımları da əsasən psixoloji amillərə görə dəyişir. Ona görə də Hindistanın yaydığı informasiyadan sonra Azərbaycandakı inhisarçıları şəkərin qiymətini həmən qaldıracaq.  
Çünki, inhisarçı bazardı, rəqib də yoxdur. Belə vəziyyətdə isə qiymətdə rəqibə uduzmaq kimi bir risk yoxdur. Yəni dünya bazarında şəkərin qiyməti əgər 5-6 aya bahalaşacaqsa, Azərbaycanda bu yaxın vaxtlarda baş verəcək”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin