Putin Kremlə dron hücumuna necə reaksiya verib? - Peskov detalları açıqladı

Hazırda oxunan: Putin Kremlə dron hücumuna necə reaksiya verib? - Peskov detalları açıqladı

134317

Rusiya prezidenti Vladimir Putin ekstremal vəziyyətlərdə heç vaxt soyuqqanlığını itirmir. 

Bizim.Media "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov dövlət başçısının Kremlə edilən hücuma reaksiyası ilə bağlı jurnalistin sualını cavablandırarkən deyib. 

Sözçü izah edib ki, qeyri-adi vəziyyətdə Putin özünü təmkinli və sakit aparır, dəqiq əmrlər verir. 

“Bu baxımdan heç nə baş verməyib”, - deyə o vurğulayıb.

Həmçinin jurnalistlərlə söhbət zamanı Peskov prezident iqamətgahına hücumun hərtərəfli araşdırılmasının vacibliyini bildirib. O, istintaqın şərtlərini açıqlamayıb, bunun İstintaq Komitəsinin səlahiyyətində olduğunu bildirib.
Xatırladaq ki, Kremlə dron hücumu mayın 3-də çərşənbə günü reallaşıb. Rusiya prezidenti hücum zamanı Novo-Oqaryovoda olub və xəsarət almayıb. Peskovun sözlərinə görə, hücum qələbənin və Böyük Vətən Müharibəsinin 78-ci ildönümündə paradın keçirilməsinə təsir etməyəcək. Rusiya İstintaq Komitəsi hadisəni terror aktı kimi qiymətləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin