Kanada İranda insan haqları pozuntularına görə 1 qurum və 9 şəxsə sanksiya tətbiq edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanada hökuməti bəyanat yayıb.
Bəyanata əsasən, ölkə daxilində və xaricdə insan haqları pozuntularına görə İrana qarşı əlavə sanksiyalar tətbiq edilir.
Belə ki, bu tədbirlər həm də İran rejiminin beynəlxalq sülh və təhlükəsizliyi davamlı şəkildə pozmasına cavabdır.
Sanksiyalar siyahısında qeyd olunan şəxslər arasında Məhsa Əminini həbs edən Əxlaq Polisi bölməsinin üzvləri (Enayatullah Rafiei, Fatimə Qurban Hüseyni, Parastou Səfəri, Əli Xoşnəmvənd, Pərviz Əbsalan) və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Sistan və Bəlucistan vilayətindəki rəhbərinin müavini də var.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:45 / 04.05.2023
Kanadadan İrana SANKSİYA: Siyahıda Məhsa Əminini həbs edən polis də var
Hazırda oxunan: Kanadadan İrana SANKSİYA: Siyahıda Məhsa Əminini həbs edən polis də var
Hazırda oxunan: Kanadadan İrana SANKSİYA: Siyahıda Məhsa Əminini həbs edən polis də var
134220
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.