“AZAL” bilet pullarını geri qaytarmır – Turizm şirkətləri müştəri ilə üz-üzə qalıb

Hazırda oxunan: “AZAL” bilet pullarını geri qaytarmır – Turizm şirkətləri müştəri ilə üz-üzə qalıb

13419

Ölkələr arası hava reyslərinə start verildikdən sonra sosial şəbəkələrdə yenidən mübahisələr qızışmağa başladı. Bəziləri indiki bilet qiymətlərinin həddindən artıq baha olmasından, bəziləri isə uçuş şərtlərinin ağırlığından şikayət edir. 

Pandemiyaya qədər qabaqcadan bilet alıb səfərlərini həyata keçirə bilməyənlər isə bir il keçməsinə baxmayaraq, AZAL tərəfindən hələ də pullarının geri qaytarılmamasından şikayət edirlər.

Bu məsələdə bilet satışlarını edən bəzi şirkətlərin də üzərinə məsuliyyət düşüb. Bir çox turizim şirkətləri bunun nə vaxt icra olunacağından da xəbərsizdirlər:

“AZAL” bir il əvvəl satdığımız biletlərin ödənişlərini bizə pandemiya qurtardıqdan 60 gün sonra qaytaracağı şərtini qoyub. Bu günə qədər biz onlardan ödənişləri geri ala bilməmişik”.

Bu barədə Bizim.Media-ya “Harmony” Turizm şirkətinin satış meneceri Vüsalə Nurlu məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

"AZAL tezliklə özəlləşdiriləcək” - Ekspertdən ŞƏRH


Xanım menecer söyləyib ki, “AZAL” sadəcə, “voucher” - yəni ödənişi təsdiq edən sənəd verir.

Bu “voucher” sizin biletə ödədiyiniz məbləği əks etdirir. Amma bütün bunlar sərnişinlərin haqlı narazılıqlarına səbəb olur.

Vüsalə Nurlu qeyd edib ki, hazırda pandemiya sona çatmasa da “AZAL” bəzi istiqamətlərə uçuşları bərpa edib. Amma uçuş haqları həddindən artıq bahadır:

“Şərtlər də çox ağır, bir nəfərin bir tərəfli qayadada Bakıdan Moskovaya uçuş biletinin qiyməti 815 manatdan başlayır. Hazırda bu qiymətə bilet tapmaq mümkün deyil. Ən ucuz ödəniş 1735 manat təşkil edir”.

Vüsalə Nurlu əlavə etdi ki, pandemiya dövründə “AZAL”dan turizm şirkətlərinə heç bir dəstək gəlmədi və bu indi də bu şəkildə davam edir:

“İndi Türk Hava Yolları ilə işləmək bizə daha uyğundur, onlar uçuşlara icazə verildiyi andan bizə təkliflərini yolladılar və azad satışa icazə verdilər. “AZAL” isə bu barədə susmağa üstünlük verir”. 

Azərbaycanda bilet satışı ilə məşğul olan “RR” Travel şirkətinin satış menecer Günəş Şirvanskaya da təsdiqləyir ki, “AZAL” ötən il pandemiya başlayandan müştərilərə satılan biletlərin ödənişini nə nəğd, nə də ki, kart vasitəsilə geri qaytarmayıb.

Yalnız reysləri dəyişməklə bunu kompensasiya etmək təklifi verib. Bir il vaxt keçib, indi o müştərilərin çoxu artıq harasa uçmaqdan imtina edib.

Həm də ötən il Bakı - Moskova reysi üzrə ikibaşa qiymət 480-500 manat arasında dəyişirdisə, hazırda qiymət 3-4 dəfə bahalaşıb. Ona görə də əlavə ödəniş tələb olunur. Axı, bu çıxış yolu deyil”.

Təəssüf ki, “Azərbaycan Hava Yolları” QSC-də vəziyyət o qədər də ürəkaçan deyil. AZAL-ın əməkdaşları belə, iki aydır maaşsız qalıblar. Aviaşirkətin məsələyə münasibət açıqlamasını gözləyirik.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin