Martın 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Səhər bəzi yerlərdə zəif çiskin olacaq, mülayim şimal küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 6-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət  gecə 70-80 faiz təşkil edəcək.  
Martın 2-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir.
Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. 
Havanın temperaturu  gecə 2-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq. 
Bizim.Media

- A-
 - A
 - A+
 
Cəmiyyət
							13:50 / 01.03.2021
							
						Rayonlara qar yağacaq - SABAHIN HAVASI
						
							
								Hazırda oxunan: Rayonlara qar yağacaq - SABAHIN HAVASI 							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Rayonlara qar yağacaq - SABAHIN HAVASI 							
						13416
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































