İrəvanda əsir saxlanılan iki əsgərimizin ekstradisiyası ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: İrəvanda əsir saxlanılan iki əsgərimizin ekstradisiyası ilə bağlı AÇIQLAMA

134148

"Məhkəməyə qədər Ermənistana daxil olmuş iki Azərbaycan əsgərinin ekstradisiyasına icazə verilmir və qanunla nəzərdə tutulmayıb".

Bizim.Media "Sputnik Armenia" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş prokuroru Anna Vardapetyan danışıb.

Gələcəkdə belə bir ehtimala gəlincə isə o, qeyd edib ki, məsələ onun səlahiyyətində deyil.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüblər və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. Azərbaycan Ordusunun əsir düşən əsgərləri Hüseyn Axundov və Aqşin Bəbirov artıq 23 gündür ki, Ermənistan ərazisində saxlanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin