“Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxaq konfransda çıxışı zamanı deyib.
Dövlət başçısı daha sonra bildirib:
“Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər”.
Qeyd edək ki, bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda Şuşada beynəlxaq konfrans keçirilir.
Bizim.Media