“AZAL” bilet pullarını geri qaytarmır – Turizm şirkətləri müştəri ilə üz-üzə qalıb

Hazırda oxunan: “AZAL” bilet pullarını geri qaytarmır – Turizm şirkətləri müştəri ilə üz-üzə qalıb

13406

“AZAL” bir il əvvəl satdığımız biletlərin ödənişlərini bizə pandemiya qurtardıqdan 60 gün sonra qaytaracağı şərtini qoyub. Bugünə qədər biz onlardan ödənişləri geri ala bilməmişik”.

Bu barədə Bizim.Media-ya Harmony Tourun satış meneceri Vüsalə Nurlu məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

AZAL Bakıdan Kiyevə xüsusi uçuşların icrasına başlayır


Xanım menecer söyləyib ki, “AZAL” sadəcə, “voucher” -  yəni ödənişi təsdiq edən sənəd verir.

Bu “voucher” sizin biletə ödədiyiniz məbləği əks etdirir. Amma bütün bunlar sərnişinlərin haqlı narazılıqlarına səbəb olur.

Vüsalə Nurlu qeyd edib ki, hazırda pandemiya sona çatmasa da “AZAL” bəzi istiqamətlərə uçuşları bərpa edib. Amma uçuş haqları həddindən artıq bahadır:

“Şərtlər də çox ağır, bir nəfərin bir tərəfli qyadada Bakıdan Moskovaya uçuş biletinin qiyməti 815 manatdan başlayır. Hazırda bu qiymətə bilet tapmaq mümkün deyil. Ən ucuz ödəniş 1735 manat təşkil edir”.

Vüsalə Nurlu əlavə etdi ki, pandemiya dövründə “AZAL”dan turizm şirkətlərinə heç bir dəstək gəlmədi və bu indi də bu şəkildə davam edir:

“İndi Türk Hava Yolları ilə işləmək bizə daha uyğundur, onlar uçuşlara icazə verildiyi andan bizə təkliflərini yolladılar və azad satışa icazə verdilər. “AZAL” isə bu barədə susmağa üstünlük verir”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin