"Neftçi" məğlub olmaq istəmirdi" - Qurban Qurbanov 

Hazırda oxunan: "Neftçi" məğlub olmaq istəmirdi" - Qurban Qurbanov 

134010

“Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Onların dəstəyi futbolçularımıza çox kömək oldu. Oyun da azarkeşlər üçün maraqlı alındı”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 32-ci turunda “Neftçi”ni 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.  

Təcrübəli mütəxəssis matçın 90 dəqiqə dinamik keçdiyini bildirib:

“Qalib gəlməyi çox istəyirdik. Sonda istəyimizə çatdıq. Nəticəni nəzərə almayıb oyunu analiz etsək, 90 dəqiqə temp aşağı düşmədi, dinamik oyun oldu. Xeyli sayda hücumlar və qol epizodlarımız oldu. "Neftçi" məğlub olmaq istəmirdi, mübarizə apardı. Hər iki komandanın futbolçularına təşəkkür edirəm ki, belə futbol oldu". 

Qurbanov rəqibin penalti epizodunda aqressiv olması fikri ilə razılaşmayıb:

“Çox aqressiv deyildim. Soruşdum, dedilər ki, yeni qaydalar var. Hər xırda epizoda penalti və cərimə zərbəsi versələr... Bundan əvvəl də bəzən hakimlərə fikirlərimi bildirmişəm. O qədər qaydalar var ki, nə desək, özlərini haqlı çıxara biləcəklər. Bəsit epizodlarda o qədər sarı vərəqələrimiz olub ki... Bu cür oyunlarda aqressiya daha çox olur. Deyirlər yeni qanunlar var. Ona görə fikir bildirə bilmirik. Narazılığımı bildirdim”. 

“Qarabağ”ın baş məşqçisi oyunun vaxtının dəyişdirilməsinə də toxunub:

“Matç bizdən asılı olmayan səbəblərə görə təxirə salınmışdı. "Formula-1" Qran-prisi var idi. Bəzən belə hallar olur. Biz də avrokuboklarda oynayanda, bəzən oyunumuzu təxirə salmaq istəmişik. Hər halda, etirazımız yoxdur”. 

Qurbanov “Qəbələ” ilə görüşün vaxtının dəyişməsinin isə hər iki tərəfin istəyi olduğunu vurğulayıb:

“Bizim istirahətimiz bir qədər çox çəkdi. Formamızdan uzaq düşə bilərdik. Bu gün də güc sərf etdik. Oyunun vaxtının dəyişməsi həm "Qəbələ", həm də bizim üçün faydalı oldu”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin