Azərbaycanda dövlətə məxsus qeyri-yaşayış sahələri kvadratmetri bir manatdan icarəyə verilir

Hazırda oxunan: Azərbaycanda dövlətə məxsus qeyri-yaşayış sahələri kvadratmetri bir manatdan icarəyə verilir

133981

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ölkədə, xüsusilə bölgələrdə yerləşən qeyri-yaşayış sahələrini (obyektləri) kvadratmetri 1 manatdan başlayan qiymətlərlə icarəçilərə təklif etməyə başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb. 

Məlumata görə, ilkin olaraq Hacıqabul rayonunda yerləşən obyektlər icarəyə verilir.

Bununla bağlı Dövlət Xidməti “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na uyğun olaraq, qeyri-yaşayış sahələrinin (obyektlərin) icarəyə verilməsi üzrə müsabiqə elan edir.

Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olan yerli, xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən maksimum həcmdə icarə haqqı təklif edən sifarişçiyə üstünlük veriləcək. 

Sifarişçilər müsabiqədə iştirak etmək üçün mayın 8-nə qədər müraciət edə bilərlər. 

İcarə üçün təklif olunan obyektlər biznesə başlayanlar, kiçik sahibkarlar üçün olduqca əlverişlidir.

Bu kateqoriyadan olan biznes sahibləri əldə edəcəkləri qeyri-yaşayış sahələrində müxtəlif ticarət təyinatlı işləri (ərzaq, meyvə-tərəvəz, gündəlik tələbat malları, elektrik cihazları və avadanlıqları, ehtiyat hissələri, geyim və s.) həyata keçirə bilərlər.
Həmçinin, obyektlər xidmət (ofis, bərbərxana, gözəllik salonu, təmir, bərpa, dərzi, çay, kofe və s.), istehsal (yarımfabrikatlar, məhsullun qablaşdırılması, kiçik istehsal avadanlıqları, şirniyyat və un məmulatları, meyvə və tərəvəz emalı sahəsi və s.) sahələri üçün də uyğundur. 

İcarəyə veriləcək əmlakların sahəsi, icarə qiyməti, şəkilləri və məlumatlarla //clck.ru/34Fecp linki vasitəsilə tanış olmaq mümkündür. 

Dövlətin balansında olan qeyri-yaşayış sahələrinin müsabiqə vasitəsilə icarəyə verilməsi digər şəhər və rayonlarda da davam etdiriləcək. Bu barədə məlumat emlak.gov.az saytında əvvəlcədən yerləşdiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin