Şəhid xəbəri gələn qazimiz xəstəxanadan evinə qayıtdı - ÖZƏL

Hazırda oxunan: Şəhid xəbəri gələn qazimiz xəstəxanadan evinə qayıtdı - ÖZƏL

13395

Vətən müharibəsində ermənilərə əsir düşən və ölkə başçısının tapşırığı ilə ötən il dekabrın 14-də girovluqdan qaytarılan hərbçi Vəliəhəd Vəliyev bu gün müalicə aldığı xəstəxanadan evinə qayıdıb.

44 günlük Vətən savaşında ağır döyüşlərdə iştirak edən və şəhid xəbəri gələn qazimiz, leytenant-hərbçi iki aydan çoxdur ki, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalında müalicə olunurdu. 

Bu barədə Bizim.Media-ya açıqlamasında hərbçinin yaxını Mahir İbrahimov məlumat verib.

Onun sözlərinə görə Vəliəhd Vəliyev özünü yaxşı hiss edir və bu gün doğulduğu Lənkəran rayonunun Bala Şürük kəndindəki evinə qayıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid kimi dəfn mərasimi keçirilən leytenant erməni əsirliyindən döndü - FOTO


Müalicəsini bir neçə gün evində davam etdirəndən sonra yenidən hərbi xidmətə qayıdacaq. 

1998-ci il təvəllüdlü Vəliyev Vəliəhəd evin tək övladıdır. Uşaqlıq arzudu hərbçi olan Vəliəhd II Qarabağ savaşında Zəngilan uğrunda döyüşlərdə əsl şücaətlik nümayiş etdirib.

Elə ağır döyüşlərdə də yaralanaraq ermənilər tərəfindən əsir götürülüb.

Qeyd edək ki, ötən il dekabrın 14 dən Azərbaycana təyyarə ilə gətirilən 14 əsir və girovun arasında Vəliəhəd Vəliyev də olub.

Belə ki, prezident İlham Əliyevin tapşırığı ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində erməni əsirliyindən və girovluğundan azad olunaraq 14 hərbi qulluqçu və mülki vətəndaş Bakıya gətirilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin