Ceyhun Bayramovla Mirzoyan arasında danışıqlar DAVAM EDİR

Hazırda oxunan: Ceyhun Bayramovla Mirzoyan arasında danışıqlar DAVAM EDİR

133947

Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar davam edir. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Telegram kanalı yayıb.

Xatırladaq ki, ötən gün ABŞ-ın dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Sonra Bayramov-Mirzoyan görüşü baş tutub.

Günün əvvəlində isə Entoni Blinken azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrılıqda görüş keçirib.

Dövlət Departamenti qeyd edib ki, danışıqlar bir həftə davam edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin