“Kremlin yeganə çarəsi Paşinyanı aradan götürməkdir” – Zərdüşt Əlizadə

Hazırda oxunan: “Kremlin yeganə çarəsi Paşinyanı aradan götürməkdir” – Zərdüşt Əlizadə

133944

Artıq Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlara start verilib. İlk görüşdən sonra verilən açıqlamalar isə müzakirələrin uzanması ehtimalını gündəmə gətirib.

Yayılan məlumatlara görə, proses bir həftəyə qədər uzana bilər. Bu məqam onu göstərir ki, ABŞ tərəflər arasında razılıq əldə edilməsində israrlıdır. Belə vəziyyət isə aydın məsələdir ki, Rusiyanı qıcıqlandırır.

Moskva Vaşinqtondakı təmaslara heç də yaxşı baxmır. Rusiya belə vəziyyətlərdə dəfələrlə prosesi tormozlamaq üçün müəyyən təxribatlara əl atıb. 

Görəsən, bu dəfə Vaşinqton görüşünün uzanması fonunda Rusiya sülhə mane olmaq üçün növbəti təxribatları alovlandıra bilərmi?

Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bidlirir ki, Moskva ona sərf etməyən sülh prosesinə əngəl olmaq üçün birmənalı şəkildə təxribatlarını davam etdirəcək. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Rusiyanı işğalçı dövlət kimi tanıdı - FOTO


Ekspert düşünür ki, bu fonda Rusiyanın növbəti təxribatı Paşinyanın aradan götürülməsi istiqamətində ola bilər:

“Bayrağımızın yandırılması, sərhəddəki atışmalar Rusiyanın təxribatı olub. Amma bütün hallarda Rusiyanın Ermənistana təzyiq imkanları da azalır. Onların yeganə çarəsi Ermənistanda hərbi çevriliş edərək, Paşinyanı aradan götürməyə qalıb.
Rusiya son anda buna da gedə bilər. Lakin Moskva son varianta əl atmağa hələlik ehtiyat edir. Rusiya Paşinyanı devirmək istəyir, amma buna imkanı yoxdur. Qəti addıma əl atsa, onun hansı nəticələr verəcəyindən də ehtiyat edir”. 

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin