Mərkəzi Bank faiz qərarını AÇIQLAYACAQ  

Hazırda oxunan: Mərkəzi Bank faiz qərarını AÇIQLAYACAQ  

133878

Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə AMB məlumat yayıb. 

Bildirilir ki, bu münasibətlə qurumun inzibati binasında mətbuat konfransı keçiriləcək. 

Xatırladaq ki, martın 30-dan Azərbaycanda uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8,5 %-dən 8,75 %-ə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,5 %-dən 7 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 %-dən 9,75 %-ə çatdırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin