“Met Gala-2023”də parıldayan ULDUZLAR - FOTO

Hazırda oxunan: “Met Gala-2023”də parıldayan ULDUZLAR - FOTO

133864

Nyu-Yorkda məşhurların ənənəvi olaraq ekstravaqant geyimlərdə gəldiyi növbəti “Met Gala -2023” xeyriyyə balı keçirilib.  

Bizim.Media xəbər verir ki, bu dəfə mötəbət tədbirin əsas motivi mərhum modelyer Karl Lagerfeldin füsünkar işi olub. 

2019-cu ildə 85 yaşında dünyasını dəyişən Lagerfeld ağ-qara paltarlara, mirvarilərə və hündür yaxalara olan sevgisi ilə tanınırdı. Obraz və paltar seçərkən qonaqlar bunu nəzərə alıblar. 

“Met Gala”ya gələn tanınmışlar, həmçinin Lagerfeldin məşhur pişiyi Şupetti ziyarət ediblər. Ən azı iki ulduz qonaq heyvandan ilhamlanan kostyumlar geyinib. 

Xeyriyyə balına 400-ə yaxın qonaq dəvət olunub. Bu tədbirə biletin qiyməti 50.000 dollar (təxminən 85 min manat), masanın qiyməti isə 300.000 (təxminən 510 min manat) dollardan başlayıb. 

Balın bu dəfəki aparıcıları tennisçi Rocer Federer, müğənni Dua Lipa, aktrisa Penelopa Kruz, həmçinin yazıçı, aktyor və prodüser Mikayla Koul olub. Bundan əlavə, “Vogue” jurnalının baş redaktoru Anna Vintur da aparıcılar sırasında olub. 
Tədbirdə repçi Doja Cat alnındakı 1 milyon dollar dəyərindəki brilyantla diqqət çəkib.  

Gecəyə iki saat gecikən Rihanna və A$AP Rocky cütlüyü toy libaslarında gəlib və bu, toy şayiələrinə səbəb olub. Müğənni “Cartier” brendinə məxsus dəyəri 25 min dollar (təxminən 42500 manat) zinət əşyalarında parıldayıb. Diqqət çəkən məqam isə Barbados gözəlinin barmağında nikah üzüyünün olmaması olub. 




















































Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin