“Kür-Bakı magistral su kəməri sovet dövründə çəkilib. Artıq ikinci dəfədir ki, həmin kəmərdə qəza baş verib”.
Bizim.Media xəbər verir ki, bunu “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı oxu.az-a açıqlamasında deyib.
O bildirib ki, hadisə bu gün səhər saat 5-6 radələrində qeydə alınıb:
“Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza olub. Qurumun qəza xidmətinin əməkdaşları artıq əraziyə cəlb edilib. Su avtomobil yoluna deyil, yaxınlıqdakı dərəyə axır”.
Qeyd edək ki, Bakı-Ələt yolunun yaxınlığında magistral su xətti partlayıb. Hadisə Qaradağ rayonu ərazisindən keçən hissədə baş verib.
İlkin məlumata görə, ərazidən keçən Kür-Bakı magistralı su xətti yenidən partlayıb. Hadisə şahidlərinin sözlərinə görə, əraziyə polis əməkdaşları gəliblər.
Xatırladaq ki, ötən ilin oktyabrında da həmin su kəmərində analoji hadisə baş vermişdi. Hadisə zamanı magistral yolu su basmışdı.
- A-
- A
- A+
Cəmiyyət
09:35 / 02.05.2023
Magistral su kəmərində QƏZA OLUB – VİDEO
Hazırda oxunan: Magistral su kəmərində QƏZA OLUB – VİDEO
Hazırda oxunan: Magistral su kəmərində QƏZA OLUB – VİDEO
133847
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.