Biləsuvar rayonunda bədbəxt hadisə nəticəsində iki azyaşlı uşaq yanıq xəsarətləri alıb.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisələr fərqli ünvanlarda qeydə alınıb.
İlk hadisə rayonun Təyyarə meydanı adlı yaşayış massivində baş verib. Belə ki, 3 yaşlı rayon sakini, Ö. Babaşovun ayağına qaynar su dağılıb.
Digər hadisə isə rayonun Əsgərabad kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 9 yaşlı G. Əmənovanın qoluna qaynar çay dağılıb.
Hər iki zərərçəkən termiki yanıqlarla rayon xəstəxanasına aparılıb.
Elşən Feyzullayev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:32 / 01.05.2023
Biləsuvarda iki azyaşlı uşaq yanıq xəsarətləri aldı
Hazırda oxunan: Biləsuvarda iki azyaşlı uşaq yanıq xəsarətləri aldı
Hazırda oxunan: Biləsuvarda iki azyaşlı uşaq yanıq xəsarətləri aldı
133769
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.