“Havalar isindikcə insanların ən çox sevdiyi qidalar sırasında birinci yerə dondurma keçir. Keyfiyyətli süddən, qaymaqdan və yağdan hazırlanan dondurmaya isti günlərdə heç kim yox deyə bilmir. Nəzərə alaq ki, dondurmanın tərkibi vitamin və minerallarla çox zəngindir. A,D,E və K qrupuna daxil olan vitaminlərlə və kalsiumla zəngin olduğu üçün dondurma istənilən yaş qrupundakı insanlar üçün faydalıdır. Ona görə də mənşəyi bəlli olan və yüksək keyfiyyətə malik dondurmanı təkcə isti havalarda deyil, ilin istənilən fəslində qəbul etmək olar”.
Bu fikirləri Bizim.Media-ya danışan qida üzrə mütəxəssis Məhsəti Hüseynova səsləndirib.
O qeyd edib ki, dondurmanı gün ərzində 150-200 qram qəbul etmək daha yaxşı olar:
“Sutkada bundan artıq dondurma qəbulu məsləhət deyil. Yaxşı olar ki, dondurma yeməkdən az əvvəl və dərhal sonra qəbul edilməsin. Bu qayda gözlənilsə dondurmanın tərkibindəki faydalı elementlərindən orqanizmimiz daha çox fayda görə bilər. Yeməkdən az əvvəl qəbul edilən dondurma iştahı da azaldır. Yeməkdən həmən sonra qəbul edilən dondurma isə həzm prosesini ağırlaşdırır”.
Məhsəti Hüseynova açıq havada, günəş altında satılan dondurmalardan uzaq qaçmağı tövsiyə edib:
“Maketlərdə satılan mənşəyi bəlli və istifadə müddəti bitməmiş dondurmalardan faydalansaq daha yaxşı olar. Dondurma alarkən onun tərkibi barədə yazılara xüsusi diqqət edilməlidir.Yaxın zamanlarda istehsal edilmiş dondurmalar daha keyfiyyətli olur.
Əgər dondurmanın istehsalı zamanı dadlandırıcılar, emmuqatorlar, aramazatirlar və digər kimyəvi qatqılardan, quru süddən, süd dadından, palma və digər marqarin yağlarından istifadə olunubsa onda belə dondurmaları şişkinlik və köp yaradacaq. Bəzən bu ishala da aparıb çıxarır. Bu da insan orqanizminin kimyəvi qatqılara həssas olmasının göstəricisidir. Ona görə də tərkibində kimyəvi qatqı çox olan dondurmalardan uzaq durmaq lazımdır”.
Qida üzrə mütəxəssis bəzi insanların soyuq havada dondurma yeməkdən ehtiyatlandığını söyləyib:
“Hətta hansısa xəstəliyə yoluxacaqlarından qorxurlar. Bu yanlış fikirdir. Əslində keyfiyyətli dondurmanı qəbul edərkən o boğazdakı mikrobların inkişafının qarşısını alır. Həmçinin, immun sistemini gücləndirir və maddələr mübadiləsini sürətləndirir. Təsadüfi deyil ki, bəzi həkimlər boğazda cərrahi əməliyyat apardıqdan sonra pasiyentə dondurma qəbulunu məsləhət görürlər. Çünki, bu boğazda hansısa infeksiyanın yayılma risqini aradan qaldırır.
Ümumiyyətlə, sadə və qaymaqlı dondurmaların istehlakı daha məsləhətlidir. Dondurma yüksək kalorili olduğu üçün miqdarı keçməmək şərti ilə günün birinci yarısında qəbul etmək yaxşı olar. Bəzən dondurma qəbulundan sonra insanlarda çay və su içmək həvəsi yaranır. Lakin, dondurma qəbulundan həmən sonra çayın və suyun qəbul edilməsi məsləhət deyil. Həmən sonra qəbul edilən çay və su dişlərə zərər verir, eləcə də boğazda iltihabların yaranmasına səbəb olur”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 02.05.2023
Hansı havada dondurma yemək olmaz? – Mütəxəssisdən AÇIQLAMA
Hazırda oxunan: Hansı havada dondurma yemək olmaz? – Mütəxəssisdən AÇIQLAMA
Hazırda oxunan: Hansı havada dondurma yemək olmaz? – Mütəxəssisdən AÇIQLAMA
133734
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.