Xaçmaz bələdiyyəsindəki qanunsuz əməllərlə bağlı cinayət işi AÇILDI

Hazırda oxunan: Xaçmaz bələdiyyəsindəki qanunsuz əməllərlə bağlı cinayət işi AÇILDI

133722

Xaçmaz rayonu, Çaykənarı bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri barədə rayon prokurorluğunda araşdırma aparılıb. 

Xaçmaz Rayon Prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı Oqtay Şıxməmmədovun bələdiyyənin sədri işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurmasına, habelə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb. 
İbtidai istintaq davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin