Azərbaycan Prezidenti Özbəkistan liderini referendumun uğurlu keçirilməsi münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edən zaman bildirib.
Prezident İlham Əliyev ilk növbədə, Özbəkistanda referendumun uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevə təbriklərini çatdırmağı xahiş edib.
Referendumu qardaş Özbəkistanın hərtərəfli inkişafı və demokratiyanın möhkəmlənməsi istiqamətində mühüm addım kimi dəyərləndirən Azərbaycan Prezidenti qeyd edib ki, bu referendum, eyni zamanda, Özbəkistan Prezidentinin həyata keçirdiyi kursa xalqın göstərdiyi etimaddır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:29 / 01.05.2023
İlham Əliyev Özbəkistan Prezidentini TƏBRİK ETDİ
Hazırda oxunan: İlham Əliyev Özbəkistan Prezidentini TƏBRİK ETDİ
Hazırda oxunan: İlham Əliyev Özbəkistan Prezidentini TƏBRİK ETDİ
133713
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.