Deputatdan Dədə Qorqud parkındakı acınacaqlı durumla bağlı SƏRT TƏNQİD – FOTO 

Hazırda oxunan: Deputatdan Dədə Qorqud parkındakı acınacaqlı durumla bağlı SƏRT TƏNQİD – FOTO 

133683

“İki gündür ki, səhər saat 6-da Dədə Qorqud parkında gəzərkən oradakı çəmənliyə atılan zibilləri görüb dəhşətə gəlirəm. Bir neçə addımlıqda böyük zibil qabları olsa da, "piknik"çilər özlərindən sonra buraxdıqlarını aparıb ora atmaq istəmirlər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev sosial şəbəkə hesabında yazıb.

Bakının mərkəzində yerləşən Dədə Qorqud parkındakı acınacaqlı vəziyyətdən söz açan millət vəkili, hər gün eyni mənzərə ilə üzləşdiyini qeyd edib:  

“Hər səhər zibilləri 3 nəfər-bir kişi, iki qadın yığışdırsalar da, növbəti gün eyni mənzərə ilə üzləşirsən. Və bunu edənlər həm də o kəslərdir ki, yanlarından keçəndə bəzən ingiliscə qırıldatdıqlarını,  ağızlarını açanda yüksək materiyadan, Avropa standartlarından dəm vurduqlarını görürsən. Mən elələrinin hərəkətini üzr istəyirəm, heyvanlıq kimi dəyərləndirib, ikinciləri təhqir etmək fikrim yoxdur.

Çünki heyvan özünü təbiətin bir parçası kimi aparır, onu məhv etmir, aldığının əvəzini qaytarmağa çalışır. 

Sadəcə, onu deyim ki, gördüyünüz bu qarğalara  insan adlanan ancaq çəmənlik, ya çimərlik olsun, fərqi yoxdur, getdikləri hər yeri zibilləyən "şərbəndələr"dən hörmətim qat-qat çoxdur”.












Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin