"Rus sülhməramlıları vəziyyətin izlənilməsini və Dağlıq Qarabağda atəşkəs rejiminə əməl olunmasına nəzarəti davam etdirir".
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi
Bildirilib ki, 27 müşahidə məntəqəsində vəziyyətə nəzarət olunur və atəşkəs bütün təmas xəttində müşahidə olunur.
Bundan əlavə Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işlər davam etdirilir.
Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 1535 hektar ərazi, 478 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1512 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 24 962 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.
Bizim.Media