“Mançester Siti” liderliyi ələ keçirdi

Hazırda oxunan: “Mançester Siti” liderliyi ələ keçirdi

133631

"Liverpul" İngiltərə Premyer Liqasının 34-cü turunda "Tottenhem"i qəbul edib.

Bizim.Media xəbər verir ki, matç meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Qollar: Cons, 3 (1:0), Dias, 5 (2:0), Salah, 15 (3:0), Keyn, 40 (3:1), Min, 77 (3:2), Rişarlison, 90+3 (3:3), Jota, 90+4 (4:3).

“Mançester Siti” isə səfərdə “Fulhem”ə 2:1 hesabı ilə qalib gələrək liderliyi ələ keçirib.

Erlinq Holand və Yulien Alvaresin qollarına ev sahiblərindən Karlos Vinisius cavab verib.

“Mançester Yunayted” öz meydanında “Aston Villa”nı minimal hesabla məğlub edib. Yeganə qolu 39-cu dəqiqədə Brunu Fernandeş vurub.

“Mançester Yunayted” 63 xalla 4-cü, “Aston Villa” 54 xalla 6-cıdır. "Liverpul"  56 xalla turnir cədvəlində 54 xalı olan "Tottenhem"i geridə qoyaraq 5-ci pilləyə yüksəlib. Siyahıya 76 xalla "Mançester Siti" başçılıq edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin