Ölkədə müşahidə edilən qeyri-sabit-hava şimal -qərb zonasında da özünü göstərib.
Bizim.Media xəbər verir ki, Mingəçevir şəhərində və Şəkinin kəndlərində güclü yağış və dolu müşahidə edilib.
Sakinlərin verdiyi məlumata görə, güclü yağış qəfildən doluya çevrilib.
Mingəçevir şəhərinin Gəncə şosesi adlanan ərazisində və Şəkinin Kiçik Dəhnə kəndində qeydə alınan dolunun və selin görüntüləri Bizim.Media-ya təqdim edilib.
Fəsadlar barədə məlumat verilmir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu